Menu

“Məqsəd Rusiya hərbi bazası ilə bağlı kəşfiyyat məlumatları toplamaqdır” – “Bunu Brüssel də bilir...”

02.11.2023, 11:39
“Məqsəd Rusiya hərbi bazası ilə bağlı kəşfiyyat məlumatları toplamaqdır” – “Bunu Brüssel də bilir...”

Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi anti-terror əməliyyatından bu yana Ermənistanla sərhəddə sakitlikdir. Yəni 19 sentyabr tarixindən bu yana iki ölkə arasındakı sərhəddə ciddi insident yaşanmayıb. Buna baxmayaraq, Avropa İttifaqı Ermənistanda müşahidəçi missiyasının sayını atırmağa qərar verib. Sərhəddə sakitlik bərqərar olubsa, Avropa missiyasının Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazidə müşahidə missiyasının gücləndirilməsinin məqsədi nədir?

Politoloq Elxan Şahinoğlu bildirir ki, missiyanın gücləndirilməsinin sərhəddəki durumla əlaqəsi yoxdur. Çünki Azərbaycan ordusunun Ermənistana hücum etmək planı yoxdur: “Bunu Brüssel də bilir, strateji yüksəkliklər nəzarətimizdədir və bu bizə kifayətdir. Avropa İttifaqı sadəcə, Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün bölgədəki missiyasını gücləndirib. Kremlin versiyasına görə Avropa İttifaqının müşahidə missiyasının əsas məqsədi Rusiyanın Ermənistandakı hərbi bazası barədə kəşfiyyat məlumatı toplamaqdır. Bunun bizə aiddiyatı yoxdur, Ermənistanın problemidir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol