Menu

Bayden administrasiyası Konqresi inandırmağa çalışır - Ukraynaya və İsrailə yardım üçün

02.11.2023, 12:20
Bayden administrasiyası Konqresi inandırmağa çalışır - Ukraynaya və İsrailə  yardım üçün

“Bayden administrasiyası həm İsrailə, həm də Ukraynaya yardım etməyi planlaşdırır”.

“AzPolitika.info” xəbər verir ki, ABŞ dövlət katibinin müavini Liz Allen yerli mətbuata açıqlamasında belə deyib.

Yüksək rütbəli amerikalı diplomat deyib ki, Birləşmiş Ştatların NATO müttəfiqləri ilə Ukraynaya dəstək verməsi çox vacibdir. Eyni zamanda, Vaşinqton İsrailə yardım göndərir. Bu yardım qismən Qəzza zolağındakı fələstinlilərə ünvanlanıb.

Allen qeyd edib ki, ABŞ dövlət katibi Antoni Blinken və ABŞ müdafiə naziri Lloyd Ostin Senatın komitə iclasında çıxış edərək, İsrailə resurs dəstəyi ilə yanaşı, Ukraynaya yardımın artırılmasının zəruriliyini inandırıcı şəkildə izah ediblər.

Bununla Bayden administrasiyası Konqresi həm İsrail, həm də Ukrayna üçün təxminən 106 milyard dollar əlavə maliyyələşdirməni təsdiqləməyə inandırmağa çalışır.

ABŞ dövlət katibinin müavini bildirib ki, Nümayəndələr Palatasının yeni spikeri Mayk Conson İsrail və Ukraynanın müraciətlərini ayrıca nəzərdən keçirməkdə israrlıdır. Bundan sonra Nümayəndələr Palatası sorğuların səsvermədən keçməsini təmin edə biləcək.

Bağlı qapılar arxasında keçirilən görüşdə Conson bildirib ki, Ukraynanın sərhəd təhlükəsizliyinə yardım paketi ilə bağlı son müraciəti İsrailə 14,5 milyard dollarlıq dəstəyin təsdiqləməsindən sonra Konqresdən sürətlə keçə bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol