ABŞ Prezidenti Co Bayden Minnesota ştatında keçirilən seçki kampaniyası zamanı İsrail və HƏMAS arasında hərbi əməliyyatların dayandırılmasının tərəfdarı olduğunu bildirib.
"Düşünürəm ki, bizə fasilə lazımdır",- Bayden deyib.
"Fasilə" ilə nəyi nəzərdə tutduğunu aydınlaşdırmaq istədikdə, prezident belə cavab verdi: "Məhkumların azad edilməsinə vaxt vermək üçün fasilə".
Ağ Ev rəsmiləri daha sonra aydınlaşdırıblar ki, Bayden HƏMAS tərəfindən əsir götürülmüş girovları nəzərdə tutub.
Bayden İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyini açıqlayaraq, vəziyyətin həm israillilər, həm də müsəlman dünyası üçün inanılmaz dərəcədə çətin olduğunu bildirib.
"Mən iki dövlət düsturunu dəstəklədim. Əvvəldən onu dəstəklədim" – deyə, ABŞ Prezidenti deyib.
Buna qədər Co Bayden Qəzza zolağında mülki insanlara kömək edəcəyinə söz verib, amma tam atəşkəsin tərəfdarı olmayıb.
Bayden və Ağ Ev rəsmiləri daha əvvəl HƏMAS-ın hücumuna cavab olaraq hərbi əməliyyatların necə aparılacağını İsrailə diktə etməyəcəklərini bildiriblər. Ona görə də Baydenin sözləri bu mövqeyinin bir qədər dəyişməsi kimi qiymətləndirilə bilər.
Belə görünür ki, Bayden insan haqları qrupları, dünya liderləri və hətta rəhbərlik etdiyi Demokrat Partiyasının liberal üzvləri tərəfindən artan təzyiqlərlə üzləşib.
Onlar da İsrailin Qəzzanı bombalamaqla kütləvi qətliamlar törətməsinə etiraz edir və atəşkəsə çağırırlar.
“AzPolitika.info”


Şərhlər
Ərdoğanın şənbə günü sərt çıxışı,İsrailin hərbi cinayətlərinə beynəlxalq qiymət verdirəcəyini,xaçlı-xristian savaşının törədilmək istənildiyini açıqca dünyaya bildirməsi Qərbin ilk günlərdəki qızmış beyinlərini soyuq düşünməyə məcbur edib.Üstəlik Ərdoğan Türkiyənin bu qırğına seyirçi qalmayacağını,“bir gecə ansızın gelebiliriz” sözünü mərdanə bildirdi deyə kürklərinə birə düşüb.Çünki bütün İslam ölkələri Türkiyənin nə dediyinə baxar.