“Rusiya işğalçıları öz hərbi texnikasını cəbhə xəttindən uzaq məsafədə gizlətməyə çalışır”.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.
O, qeyd edib ki, Ukrayna ATACMS raketlərini alandan sonra Rusiya işğal etdiyi Zaporojye vilayətinin cənubundakı Berdyansk şəhərindən öz hərbi texnikasını çıxararaq, daha uzaq məsafədə gizlətməyə başlayıb.
İqnat bildirib ki, Ukrayna hər yeni növ uzaq məsafəli silah aldıqca, Rusiya hərbi texnikasını və silah anbarlarını daha uzaq məsafələrə daşımaq məcburiyyətində qalır. Onun sözlərinə görə, “F-16”təyyarələri gələndən sonra bu proses daha da sürətlənəcək.
“AzPolitika.info”


Şərhlər