Türkiyə turistlərə kirayə evlərin verilməsi qaydalarını dəyişib.
"AzPolitika.info" xəbər verir ki, müvafiq qərar Türkiyə hökumətinin rəsmi nəşri olan “Resmi Gazete”də dərc olunub. Qaydalar ev sahiblərinə şamil edilir, lakin son nəticədə kirayəçilərin rahatlığına təsir göstərə bilər.
Belə ki, Türkiyə hakimiyyəti turistlərə kirayə evlərin verilməsi qaydalarını sərtləşdirib.
İndi qısa müddətə kirayə verərkən əmlak sahibi binadakı bütün sahiblərin razılığını, həmçinin xüsusi lisenziyanı almalıdır. Əks halda, o, 35 min dollara qədər cərimələnə bilər.
İcarəyə götürülmüş binanın girişində əmlakın turistlərə icarəyə verildiyini bildirən xüsusi lövhə asmaq lazımdır.
Bundan əlavə, 100 günədək müddətə mənzil kirayə verərkən mənzil sahibi artıq binadakı bütün sakinlərin razılığını və Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən xüsusi lisenziya almalıdır. Bu, qonaqlarla müqavilə bağlamazdan əvvəl edilməlidir
Turistlərə uzunmüddətli kirayə üçün (100 gündən çox) mənzil kirayə vermək üçün ev sahibləri yalnız lisenziya almalıdırlar.
Fərmanda mənzillərin ikinci adama icarəyə (subarenda) verilməsi qadağan edilir. Lisenziya və nişanın alınması üçün rüsumun məbləği hələ nazirlik tərəfindən müəyyən edilməyib.
Lisenziyasız mənzil kirayə vermək üçün hər bir bina üçün 100 min türk lirəsi (3500 dollar) inzibati cərimə nəzərdə tutulur. Cəriməni alandan sonra sahibi 15 gün ərzində lisenziya almaq üçün müraciət etməlidir, əks halda o, daha 500 min lirə (17 min 600 dollar), daha 15 gündən sonra isə 1 milyon lirə (35 min 300 dollar) cərimələnəcək.
Mənzili kirayə aldıqdan sonra bir başqasına kirayə verməyə görə də, 100 min lirə cərimə də var.
Girişdə lövhə qoymayan ev sahiblərindən eyni məbləğdə cərimə olunacaq.
Və ilk müqavilənin bağlandığı tarixdən bir il ərzində dörddən çox kirayə müqaviləsi bağlanarsa, ev sahibini 1 milyon lirə cərimə gözləyir.
Rüfət
AzPolitika.info


Şərhlər