Menu

Bakıda "Prius"la "Ferrari" toqquşub, xəsarət alanlar var - FOTO

03.11.2023, 00:37
Bakıda "Prius"la "Ferrari" toqquşub, xəsarət alanlar var - FOTO

Bakının Nəsimi rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Salatın Əsgərova ilə İslam Səfərli küçələrinin kəsişməsində baş verib.

Belə ki, “Toyota Prius” markalı maşının sürücüsü yol nişanın tələbinə əməl etməyərək qəfil yola çıxıb.

Bu zaman maşın kəsişmədən keçən 77-SM-077 dövlət nişanlı “Ferrari” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində hər iki maşının sürücüsü xəsarət alıb.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol