İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Fələstinin HAMAS radikal hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığı aparıb.
APA-nın xəbərinə görə, bu barədə İran XİN rəhbərinin X sosial şəbəkəsində paylaşım edib.
Tərəflər Fələstin-İsrail münaqişəsi zonasında baş verən son hadisələri müzakirə ediblər.
“Həmas siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığında İordan çayının qərb sahilindəki son hadisələri müzakirə etdik”, -deyə bildirilib.


Şərhlər