Menu

Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

03.11.2023, 10:36
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

“Report”un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə dövlət başçısı təbriklərini Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çatdırıb.

Onun sözlərinə görə, Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol