Menu

“ONLARIN MAAŞI 10 MİN OLSUN” - Milli Məclisdə müzakirə (VİDEO)

03.11.2023, 13:48
“ONLARIN MAAŞI 10 MİN OLSUN” - Milli Məclisdə müzakirə (VİDEO)

“Hakimlərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının maaşlarının artırılmasına diqqət yetirilməlidir”.

Bu fikirləri deputat Qüdrət Həsənquliyev Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

“Mən polislərin maaşı məsələsini parlamentdə qaldıranda cavab verdilər ki, polislər maaşlarından razıdır. Amma mən millət vəkili olaraq özümə borc bilirəm xatırladım ki, gizli sorğularda polislərin maaşlarından ciddi narazı olması baradə məlumatlar var. Hakimlərin sayı onsuz da azdır. Hakimlər 10 min manatdan az maaş almamalıdır. Ədalət olmayacaqsa, qarşıda duran problemlər həll olunmayacaq.

Bu yaxınlarda Ali Məhkəmə hakimləri ilə söhbət edirdim. Deyirlər ki, biz aparatı Ali Məhkəmə hakimlərinin işinə kömək məqsədilə yaratdıq, amma xarici səfərə gedəndə aparatın rəhbəri biznes-klasda gedir, biz ekonom-klasda” , - deyə deputat vurğulayıb.

Şərhlər

Əliəddin 2023-11-03 20:59:04

10000 manatın mənbəyini bilmirsə, pensiyaçıların 280 manatı yəqin ki, bu artımı görər.

Azad 2023-11-03 17:51:39

Ay Qudrət müəllım, bir dəfədə poçt işçilərinin aşağı olan əmək haqqılarından da söz aç. Denən ki, heç olmasa poçt işçilərinin də əmək haqqıları artırılıb 700-800 manat edilsin..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol