Bu gün İsrailə səfər edən ABŞ dövlət katibi Entoni Blinken Baş nazir Netanyahunu humanitar atəşkəs üçün razı salmağa çalışacaq.
«AzPolitika.info» bu barədə «Reuters» agentliyinə istinadla xəbər verir. Lakin vurğulanır ki, ABŞ-ın atəşkəs məsələsində mövqeyi BMT və müsəlman ölkələrinin mövqeyindən sadəcə «müvəqqəti pauza» tələb etməsilə fərqlənir. Yəni, Ağ EV hələ də HƏMAS-a qarşı müharibədə İsrailə dəstək verməkdə maraqlıdır.
Ooktyabrın 7-sindən bəri İsrailə ikinci dəfə səfər edən Blinken Netanyahu ilə qida, yanacaq, su və dərmanların tükəndiyi, binaların dağıdıldığı və minlərlə insanın bombalanma qorxusuyla evlərini tərk etdiyi Qəzzada mülki əhaliyə zərərin minimuma endirilməsi üçün konkret addımları müzakirə etməlidir.
Rüfət
AzPolitika.info


Şərhlər
Evangelizmin yarandığı bu 400 ildə katolik kilsəsi ona kəskin qarşı olub.Anqlikan kilsəsi Vatikandan ayrı,müstəqil kilsə olsa da katolik ağırlıqlıdır.Tərəfdarları dünya evangelistlərindən on dəfələrlə az olsa da anqlo-sakslar evangelizmin dünyada tək söz sahibi olmasına qarşı ən birinci və möhkəm sipərdir.İsrail-Fələstin toqquşmasında da Britaniya zahirən həmişəki kimi sakit görünsə də,Baydenin “müvəqqəti” də olsa yumşaldılması o deməkdir ki,anqlo-sakslar ərköyünləşdirilmiş evangelistlərə başa salmağa başlayıblar ki,əndamınızdan hündürə tullanmağa çalışmayın,bizi hesaba almaya bilməzsiniz,çünki Osmanlı dağıldığı vaxt Fələstinin mandatını biz almışdıq və siz evangelistlərin dədələrini də biz ingilislər Fələstinlilərin torpağına köçürmüşük.Gələn ilin seçkilərində işlərin bərbad olacağını görən evangelistlər də Baydenə “yumşalmaq” əmri vermişlər.