Maliyyə Nazirliyinin "2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama" sənədində gömrük rüsumları və ƏDV-də güzəştlər, bundan ötrü qanunvericilikdə dəyişikliklər edilməsi əksini tapıb. Bildirilir ki, xaricdən gətirilən və minimum istehlak səbətinin tərkibində istifadə edilən ərzaq məhsullarına güzəştlər olacaq. Ayrıca sahəyə aid daxili istehsalda gərəkli aralıq məhsulların, habelə bir sıra texnika və avadanlığın xaricdən gətirilməsinə də güzəştlər tətbiq ediləcək.
Nazirlər Kabinetinin qərarına əsasən, çörək və çörək məhsulları, kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə, ət və ət məhsulları, süd və süd məhsulları, yumurta, şəkər, bitki və kərə yağı Azərbaycanda minimum istehlak səbətinin tərkibinə daxil olan ərzaq məhsullarıdır.
Son iki ildə Azərbaycanda özəlliklə ərzaq qiymətlərinin kəskin bahalaşması gözə çarpır. Ötən il ölkədə ərzaq inflyasiyası 20 faizi aşırdı. Bu il də eyni göstərici 15 faizə yaxındır. Bu qədər yüksək inflyasiya olsa da, hökumətin əlavə dəyər vergisinə (ƏDV) və gömrük rüsumlarına önəmli güzəştlər etməməsi indiyədək müstəqil ekspertlərin hökumətə ünvanlandığı əsas tənqidlər arasındadır. Bu baxımdan, qeyd edilən istiqamətlərdə, gec də olsa, güzəştlərin tətbiqi qiymətlərin səviyyəsinə bəlli dərəcədə təsir göstərə bilər.
Onu da unutmaq olmaz ki, son illər Azərbaycan inflyasiya hesabına proqnozdan çox gömrük gəliri əldə edib. Ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatasının rəyində bildirilir ki, Dövlət Gömrük Komitəsinin 2022-ci ildə topladığı vəsaitin 17 faizi - təxminən 961 milyon manatı inflyasiya hesabına formalaşıb.
“AzPolitika.info”


Şərhlər
Xaricdən (xüs. RF, Bel-dan sladk, marq.yağlar və s) hədsiz çeşiddə qatışıq, qarışıq, qeyri-təbii, yarım-sintetik ərzaq məhsulları, yararsız dərmanlar da illərlə gətirilir? 1990-92ci illərdə Pakistanın sadə bir-iki soyuqdəymə, öskürək həbləri faydalı təəssürat vermişdi? ABŞ aspirinlərin (100ədədli, ya Asiprin-2) istehsalı, ya Azərbaycana satışı qadağan edilibmi?