Menu

"Rusiya İmperiyasının tərkibində heç bir Ukrayna olmayıb" - PUTİN

03.11.2023, 17:26
"Rusiya İmperiyasının tərkibində heç bir Ukrayna olmayıb" - PUTİN

Rusiya İmperiyasının tərkibində heç bir Ukrayna olmayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin İctimai Palatanın yeni üzvləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Ukrayna yalnız Sovet hakimiyyəti dövründə, o cümlədən Rusiyanın cənub torpaqları hesabına formalaşıb.

“Hamımız yaxşı bilirik, bunlar tarix faktlardır ki, Rusiyanın bütün cənub torpaqları Sovet Ukraynasının formalaşması zamanı, SSRİ-nin yaradılması zamanı onlara verilib. Böyük ölçüdə Rusiyanın cənub torpaqları hesabına nəhəng Ukrayna yaradılıb”, - deyə Rusiya Prezidenti vurğulayıb.

Putin qeyd edib ki, əgər Rusiya-Ukrayna münasibətləri “müasir şəkildə” inkişaf etsəydi, Krımın Rusiya Federasiyasına birləşdirilməsi baş verməzdi .

Putin Ukraynanın korrupsiya sahəsində dünyada tayı-bərabərinin olmadığını da söyləyib: "Dünyanın heç bir yerində Ukraynadakı kimi korrupsiya yoxdur. Ukraynada korrupsiya faktiki olaraq qanuniləşdirilib, orada hər şey alınıb-satılır. ABŞ korrupsiya ilə bağlı problemlərə görə Ukraynada elita dəyişikliyi planlaşdırır".

Rusiya Prezidenti Ukraynanın Yaxın Şərqə, o cümlədən Talibana silah satdığını da söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol