«Almaniya bu onilliyin sonuna qədər və ondan sonra da Ukraynaya hərbi dəstək verməkdə qərarlıdır».
“AzPolitika.info” xəbər verir ki, bu sözləri Almaniya Müdafiə Nazirliyinin Ukrayna üzrə Xüsusi Qərargahının rəhbəri general-mayor Kristian Freydinq «Stuttgarter Zeitung» qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdə müharibənin başlaması ilə Almaniya üçün heç nə dəyişmir: “Bizə aydındır: biz İsrail kimi Ukraynanı da dəstəkləyirik”. Lakin generalın qeyd etdiyi kimi, hər iki ölkədə ilkin vəziyyət çox fərqlidir.
"Ukrayna silahlı qüvvələri yenicə modernləşməyə başlayır. İsrail ordusu yaxşı təchiz olunub, yaxşı təlim keçib və indi istənilən gün müharibə aparmağa hazırdır. Ukrayna və İsrailin iqtisadi imkanları da tamamilə fərqlidir. Bundan əlavə, müharibələrin mahiyyəti də fərqlidir" — deyə general izah edib.
O qeyd edib ki, əgər Ukraynadakı müharibənin əvvəlində söhbət əsasən situativ dəstəkdən gedirdisə, hazırda uzunmüddətli planlama aparılır.
Rüfət
AzPolitika.info


Şərhlər