Menu

Netanyahu üçün yolun sonu göründü – İsrail xalqı onun istefasını tələb edir

04.11.2023, 13:34
Netanyahu üçün yolun sonu göründü – İsrail xalqı onun istefasını tələb edir

İsraildə gedən müharibə, həmçinin bundan əvvəl baş verənlərlə bağlı ictimaiyyətin rəyini öyrənmək üçün növbəti anonim sorğu keçirilib.

“AzPolitika.info” xəbər verir ki, sorğuda iştirak edən vətəndaşların dörddə üçü Baş nazir Benyamin Netanyahunun istefa verməli olduğunu bildirib.

Respondentlərin 44 faizi oktyabrın 7-də baş vermiş uğursuzluğa görə, Netanyahunun məsuliyyət daşıdığını, 33 faizi Baş qərargah Başçısı və rütbəli əsgərlərin məsul olduğunu düşünür. Respondentlərin 5%-i isə əsas məsuliyyətin müafiə naziri Yoav Qalantın üzərində olduğunu düşünür. Bundan əlavə, müharibənin aparılmasında Netanyahuya güvənənlərin 28 faiz, güvənməyənlərin isə 56 faiz olduğu bildirib. Respondentlərin 16 faizi “bilmirəm” cavabını verib.

Baş nazir Netanyahunun indi nə etməli olduğuna dair suala, respondentlərin təxminən yarısı müharibə bitəndə istefa verməli olduğunu, 29 faizi isə dərhal istefa verməli olduğunu bildirib. Vətəndaşların dörddə üçündən çoxu hesab edir ki, Netanyahu gec-tez istefa verməlidir. Yalnız 18%-ilik kütlə müharibədən sonra Netanyahunn vəzifəsini davam etdirməli olduğunu, 6% isə bilmədiyini bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol