Menu

Gələn il özünüməşğulluq proqramı ilə məşğulluğu təmin olunanların sayı 80 min nəfərə çatacaq

04.11.2023, 16:23
Gələn il özünüməşğulluq proqramı ilə məşğulluğu təmin olunanların sayı 80 min nəfərə çatacaq

"Gələn il özünüməşğulluq proqramı ilə məşğulluğu təmin olunanların sayı 80 000 nəfərə çatacaq".

"Report" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Komitə sədri bildirib ki, növbəti ildə də özünüməşğulluq layihəsi davam edəcək: "Bu proqram çərçivəsində 10.000 nəfərin İşsizlikdən Sığorta Fondunun xərcləri hesabına daha 6 000 nəfər isə Dünya Bankının layihəsi ilə özünüməşğulluq təlimlərinə cəlb olunması nəzərdə tutulur. Beləliklə özünüməşğulluq proqramı ilə məşğulluğu təmin olunanların sayı 80 000 nəfərə çatacaq".

Şərhlər

İqtisadçı 2023-11-05 13:21:49

Milətə kütləvi iş yerləri yaratmaq vacibliyini düşünən hakimiyytə ehtiyac vardır.Ölkə haradasa 80 faiz importdan asılı vəziyyətdədir.Maşınqayırma,tekstil sənaye müəssisələrini bətpa etmək vacibdir.Özünə məşğulluq ilə 10 milyon əhalini yaşatmaq olmaz!Hökumat düçünməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol