Menu

“Minimum orta aylıq pensiya və əməkhaqqı regiona görə heç də az deyil" - Sahil Babayev

04.11.2023, 16:56
“Minimum orta aylıq pensiya və əməkhaqqı regiona görə heç də az deyil" - Sahil Babayev

“Minimum orta aylıq pensiya və əməkhaqqı regiona görə heç də az deyil".

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində səsləndirilən suallara cavabında deyib.

Onun sözlərinə görə, gələn il üçün ölkədə yaşa görə orta aylıq pensiyanın məbləği 516 manat müəyyən edilib və bu rəqəmə Azərbaycan üçün az demək olmaz: "Minimum pensiyaya görə minimum əməkhaqqı MDB məkanı sırasında həm nominal, həm də alıcılıq qabiliyyətinə görə birinci və ya ikinci yerdədir. Minimum orta aylıq pensiya və əməkhaqqı regiona görə heç də az deyil, amma arzulolunan səviyyədən aşağıdır”.

Şərhlər

dadaşyev 2023-11-05 01:23:06

Adama elə gəlir ki,bəzi rəsmilər danışanda özləri bolluq içində,firavan,sultanlar kimi şad-xürrəm yaşayırlar deyə ac toplumla mırt tuturlar.

dadaşyev 2023-11-05 00:03:29

Minimum orta aylıq pensiya və əməkhaqqı regiona görə heç də az deyil,amma regiondakı ermənistanın və Gürcüstanın neftinin-qazının olmadığını və büdcələrinin ikisinin də cəmi bizim büdcəmizdən 10 milyard dollara qədər az olduğunu unutmazsaq heç də çox deyil.

S.Babayevə 2023-11-04 21:37:46

Sahil Babayev kifayət saydığı minimum pensiya və əmk haqqı ilə ailəsini necə gün saxlaya bilər?Bunu düşünübmü?Bir də bu rəqəm regionlara görə dəyişmir.Nazir nə zaman düşünüb danışacaq?

vətən dashi 2023-11-04 19:49:36

Regionda neft var ?

Famil 2023-11-04 19:34:44

Orta emek haqqi, pensiya ne demekdir "nazir" bey. Ortani ekibler cixmiyib. Real sheylerden danishmaq lazimdi. Qutarinda day, bu nagillar santa barbaraya dondu

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol