Menu

“Dedim ki, 100 manat bonus olacaq, güldülər” - Qurban Qurbanov

04.11.2023, 20:06
“Dedim ki, 100 manat bonus olacaq, güldülər” - Qurban Qurbanov

Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Qarabağ” “Kəpəz”i 7:1 hesabı ilə darmadağın edib.

“Qafqazinfo”nun məlumatına görə, Ağdum klubunun futbolçusu Yassin Benzia matçda het-trik edərək karyerasında ilkə imza atıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da oyunsonrası mətbuat konfransında Benziadan söz açıb: “Futbolçu nə qədər çox qol vursa, assist etsə, özünə inamı artır, həvəslənir. Bura gələnə qədər onun söhbəti oldu. Futbolçular dedi ki, Benzia ilk dəfə het-trik etdi. Mən də dedim ki, 100 manat bonus olacaq. Güldülər. Sevindirici haldır. Benzia təcrübəlidir, yaxşı formaya düşməsi üçün qolların ona faydası olacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol