Menu

KILIÇDAROĞLU "DEVRİLDİ" - Türkiyənin ana müxalifət partiyasına yeni sədr seçilib

05.11.2023, 08:50
KILIÇDAROĞLU "DEVRİLDİ" - Türkiyənin ana müxalifət partiyasına yeni sədr seçilib

Türkiyədə keçmiş prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifəsindən uzaqlaşdırılıb. 

"Report" xəbər verir ki, o, 13 ildən sonra Ankarada keçirilən səsvermədə lazımi dəstəyi ala bilməyib.

Müxalifət qüvvələrinin yeni lideri isə Manisa vilayətindən olan millət vəkili Özgür Özel olub.

Kılıçdaroğlu ikinci turda 534, Özel isə 811 səs toplayıb.

Özel əczaçıdır və bir müddət bu peşədə çalışıb. 2011-ci ildə CHP-dən deputat kimi ali qanunverici orqana daxil olub, 2015-ci ildə isə onun deputat qrupunun sədri olub.

CHP 1923-cü ildə Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürk tərəfindən yaradılıb. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasından (AKP) sonra ölkədə ikinci güclü siyasi qüvvədir. Builki parlament seçkilərində CHP Türkiyə Böyük Millət Məclisində 169, AKP isə 268 mandat qazanıb.

Şərhlər

Cəmşid Dərələyəzli 2023-11-06 09:17:13

Yəni yazılır imtina edib sonra da yazılır ki, səs toplamayıb. O ki qaldı onun yerinə gələn Özele bu Kamalıın o biri üzüdür. Yəni medalın iki üzündən biri. Yəni bu zad qafada və tefekkürde aynı Kamal. Bu ise AKP iktidarı üçün müsbet amildir. Yani Özelle de CHP müxalifətdə qalacaq.

Firuz 2023-11-05 21:34:35

Kılıcdaroğlu ənənəsinə həmişəki kimi sadiq qaldı və uduzmağı yenədə bacardı.

Cəmşid Dərələyəzli 2023-11-05 11:25:58

Lütfen portalda xeberi yazanda, onu yazan və paylaşan kişiler diqqetli olsunlar. Xeberin başlığında deyilir "Türkiyədə keçmiş prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr kürsüsündən imtina edib." sonr ayeni den yazırlar " Kılıçdaroğlu ikinci turda 534, Özel isə 811 səs toplayıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol