Menu

Hakan Fidandan Blinkenə dörd təklif

05.11.2023, 18:48
Hakan Fidandan Blinkenə dörd təklif

ABŞ dövlət katibi Antoni Blinkenin səfəri zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstin-İsrail münaqişəsinin nizamlanmasına dair Ankaranın dörd təklifini ona təqdim edəcək.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Blinkenin Fidanla sabahkı görüşündə Türkiyənin gündəmində 4 mühüm mövzu var. Bunlar dərhal atəşkəsin elan edilməsi, münaqişənin regiona yayılmasının qarşısının alınması, qarant ölkələrin formalaşdırılması və humanitar yardımdır.

Türkiyə və bəzi bölgə ölkələri atəşkəs üçün səylər göstərərkən, ABŞ və Qərb ölkələri İsraili dəstəkləməyə davam edir”, - məlumatda deyilir.

Mənbə: “Yeni Akit”

Şərhlər

Yasir 2023-11-06 09:39:38

Zəruri təkliflərdir! Ancaq, *Yeni Akit*in *ABŞ və bəzi qərb ölkələri İsraili dəstəkləməyə davam edir* frazasın *ölkələri* sözü *dövlətləri* sözü ilə əvəzlənsə daha dəqiq olardı? ABŞda çoxillik işğalçıya dəstək düşünənlər olsa da bütün dünya müharibənin əleyhinədir!?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol