Menu

"Fələstin Qəzzanı nəzarətə almağa hazırdır" - Mahmud Abbas

05.11.2023, 21:24
"Fələstin Qəzzanı nəzarətə almağa hazırdır" - Mahmud Abbas

Fələstin-İsrail münaqişəsinin tam siyasi həlli Qəzza zolağının yeni müstəqil Fələstin dövlətinə daxil olmasını nəzərdə tutur.

“Report” WAFA-ya istinadla xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas deyib.

“Qəzza zolağı Fələstin Dövlətinin ayrılmaz parçasıdır. Biz həm Qərb sahilində (İordan çayının Qərb sahilində - red.), həm Şərqi Yerusəlimdə, həm də Qəzza zolağında hərtərəfli siyasi həllin bir hissəsi kimi tam məsuliyyəti öz üzərimizə götürəcəyik”, – Abbas ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlarda deyib.

Qeyd edək ki, Mahmud Abbas Fələstin Dövlətinin birinci Prezidenti, həmçinin HƏMAS-ın rəqibi olan FƏTH partiyasının lideridir. Qəzzadakı opponentlərindən fərqli olaraq nisbi dünyəviliyi ilə seçilən Mahmud Abbas və hökuməti İordan çayının Qərb sahilinə, HƏMAS isə Qəzza zolağına nəzarət edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol