Menu

İsrail ordusunun Qəzzada itkilərinin sayı 30-a çatıb

06.11.2023, 09:57
İsrail ordusunun Qəzzada itkilərinin sayı 30-a çatıb

HƏMAS-a qarşı “Dəmir qalxanlar” əməliyyatı başlayandan döyüşlərdə ölən İsrail hərbçilərinin sayı 30-a çatıb.

“Report” xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Bildirilib ki, İsrail Müdafiə Ordusunun zirehli tank korpusunun 401-ci taborunun 22 yaşlı baş serjantı Şaxar Koen Qəzza zolağının şimalında döyüşlərdə ölüb.

Qeyd edək ki, HƏMAS-İsrail müharibəsi oktyabrın 7-dən, İsrailin Qəzza zolağında quru əməliyyatları isə oktyabrın 31-dən başlayıb.

Şərhlər

Yasir Yəmənov 2023-11-06 12:58:39

İzrael ordusu bir aylıq hücumda 30 nəfər itirib, bəs *Həmas*? Hesab birtərəfli ...?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol