Menu

“Mədəniyyət Nazirliyi bizə icazə vermir...” – “12 min manat ödəmişik”

06.11.2023, 12:42
“Mədəniyyət Nazirliyi bizə icazə vermir...” – “12 min manat ödəmişik”

“"Təkərli kitab dükanı"nın Bakı Beynəlxalq Kitab sərgisində təqdimatını etmək istəyirik. Mədəniyyət Nazirliyi icazə vermir”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Qanun Nəşrlər Evi”nin direktoru Şahbaz Xudoğlu “Feysbuk” hesabında yazıb.

“"Təkərli kitab dükanı" sosial layihədir, öz hesabımıza başa gəlib. Kənar bir qəpik dəstək olmayıb. Oxucuların təşəkkürü, uşaqların sevinən baxışlarından başqa heç kimdən heç nə gözləmirik”, - əlavə edib.

Naşir yazır ki, məqsədləri regionlara, kəndlərə gedib kitabı təbliğ etməkdir. “Bu, vətənimizə, insanımıza, mədəniyyətimizə və dövlətimizə sevgidən irəli gəlir, - o vurğulayıb.

Ş.Xudoğlu qeyd edib ki, Bakı Beynəlxalq Kitab Sərgisində 74m² yer üçün 12 min manat pul ödəyiblər: “"Təkərli kitab dükanı"nın təqdimatını da salonda yox, həyətdə, parkinq yerində etmək istəyirik. Amma Mədəniyyət Nazirliyi buna icazə vermir. Bu elə Fatmayidə Mədəniyyət evinin müdirinin davranışına bənzəyir...”

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol