Menu

Rusiya və İran arasında hərbi əməkdaşlıq müzakirə olunub

06.11.2023, 13:41
Rusiya və İran arasında hərbi əməkdaşlıq müzakirə olunub

Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin və İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini briqada generalı Mehdi Rəbbani arasında ikitərəfli görüş keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, görüşdə ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın cari məsələləri müzakirə edilib, regional təhlükəsizlik və beynəlxalq vəziyyətə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər müdafiə sahəsində Rusiya-İran münasibətlərinin dinamik və müsbət inkişafını, planlaşdırılan ikitərəfli tədbirlərin bütün spektrinin həyata keçirilməsinə və dialoqun dərinləşdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.

Görüşün Rusiya və İran arasında strateji münasibətlərin möhkəmləndirilməsi istiqamətində növbəti addım olduğu qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol