Ermənistan parlamentinin sabiq deputatı Araqats Axoyan həbs edilib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistan mətbuatında “Kamk” müxalifət təşkilatının adından məlumat yayımlanıb.
Xəbərdə deyilir ki, son günlər Paşinyan hakimiyyəti bir tərəfdən Robert Koçaryanın oğlu da daxil olmaqla, bir neçə müxalifətçini azad etsə də, digər yandan yenilərini həbs edir.
Qeyd edilir ki, Axoyanın həbs səbəbi onun sosial şəbəkədə paylaşdığı statusdur. Sabiq deputat həmin paylaşımında erməniləri hakimiyyətə qarşı güc tətbiqinə və zorakılığa çağırıb.
“AzPolitrika.info”


Şərhlər
Qarabağdan ermənistana gedənlərdəndi əlbət.Qaçqın olduğu yumruluğundan bəllidir.Yumruqın girdəkin boşqabsifət sferaçöhrə Aymordadırsa,demək qaçıb.