ABŞ və İsrailin Qəzza ilə bağlı yeni planı üzə çıxıb.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, iddialara görə, ABŞ və İsrail Körfəz ölkələri, Misir və Türkiyə ilə Qəzza əhalisini təxliyə etmək qarşılığında döyüşləri dayandırmaq barədə danışıqlar aparır.
ABŞ dövlət katibi Entoni Blinkenin bu ölkələrə bir sıra səfərlər edib, görüşlər keçirdiyi bildirilir.
ABŞ və İsrailin gizli planınına görə, 2,5 milyon Qəzza vətəndaşı adıçəkilən ölkələrə və digər bölgələrə köçürüləcək, qarşılığında isə bu ölkələrə iqtisadi yardımlar göstəriləcək.
Sözügedən planda fələstinlilərin bölgüsü bu formada aparılıb:
- Misirə 950 000 nəfər;
- Türkiyəyə 750 000 nəfər;
- Səudiyyə Ərəbistanına 150 000 nəfər;
- Körfəz ölkələrinə 100 000 nəfər;
- ABŞ və Avropaya 50 000 nəfər;
- İordan çayının qərb sahilinə 50 min nəfər.
Yerdə qalan 400 min insanın isə istədikləri ərəb ölkələrinə getmələrinə şərait yaradılacağı bildirilir.
Qeyd olunur ki, Türkiyə və Misir qəbul etdikləri qaçqınlar üçün BMT və Avropa Birliyi fondlarından, həmçinin Körfəz ölkələrindən maliyyə yardımları alacaqlar. Bu və ondan sonrakı proses üçün ən azı 30 milyard dollarlıq fondun hazırlandığı iddia olunur.
“AzPolitika.info”


Şərhlər