“İndi müdafiə, savaş zamanıdır ki, bundan da dövlətin və insanların taleyi asılıdır”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalılara birbaşa müraciətində qanunla gələn il keçirilməli olan, lakin hərbi vəziyyət səbəbindən keçirilməsi mümkünsüz görünən prezident seçkisilə bağlı deyib.
Zelenski bildirib ki, indiki məqamda seçki kimi kütələvi tədbirlər yersiz və mənasızdır. Onun fikrincə, seçkilərlə bağlı Ukrayna cəmiyyətində yaranacaq parçalanma, kampaniyalar və qarışıqlıq ən çox Rusiyaya lazımdır: “Hesab edirəm ki, indi seçki zamanı deyil”.
Qeyd edək ki, Ukrayna qanunvericiliyinə görə hərbi vəziyyət şəraitində seçki keçirilməyə bilər. Buna baxmayaraq, ötən gün Ukrayna parlamentinin deputatı Aleksey Qonçarenko guya V. Zelenskinin öz administrasiyasına seçki hazırlığı ilə bağlı göstəriş verdiyini bəyan etmişdi.
“AzPolitika.info”


Şərhlər