Menu

Ağdamın azad edilmiş hissəsində insana məxsus kəllə sümüyü aşkarlanıb

07.11.2023, 17:10
Ağdamın azad edilmiş hissəsində insana məxsus kəllə sümüyü aşkarlanıb

Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində bir ədəd kəllə sümüyü aşkarlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, noyabrın 7-də Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü aşkar olunub.

Faktı ilə bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol