Menu

“Yeni qanun layihəsi erməni xalqını məhvinə yönəlib – Ermənistanda pullu hərbi xidmət təklif olunub

08.11.2023, 11:35
“Yeni qanun layihəsi erməni xalqını məhvinə yönəlib – Ermənistanda pullu hərbi xidmət təklif olunub

Ermənistanda hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Hayk Sarkisyanın rezonans doğuran qanun layihəsi hakim partiyanın özündə də narazılıq yaradıb. 

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mövzunu inkişaf etdirərək yazır: “Söhbət 15 milyon dram ödəməyi və özümüzü məcburi hərbi xidmətdən tamamilə azad etməyi təklif edən layihədən gedir. Layihə indiki formada görüşlərin gündəliyinə salınsa, o zaman Hayk Sarkisyanı ilk növbədə həmkarları tənqid edəcək. Hakim partiya hesab edir ki, hər kəs xidmət etməmək üçün fürsətdən istifadə edəcək. Əvvəlcə vətənlərini tərk edəcəklər, sonra qayıdıb hərbi bilet alacaqlar, ordu da yox olacaq, erməni xalqı da. «Vətəndaş sazişi» partiyasının deputatları layihəni fraksiya iclasında müzakirə etmək niyyətindədirlər və ola bilsin ki, o, yalnız köklü dəyişikliklərdən sonra iclasın gündəliyinə salınsın”, - nəşr qeyd edir. Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol