"Əgər maliyyə dəstəyi verə bilmirsinizsə, xahiş edirəm ki, bizə kredit verin. Müharibədən sonra biz bu pulu sizə geri verəcəyik".
"AzPolitika.info" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabından etdiyi paylaşımda bildirib.
Zelenski sözügedən paylaşımında ABŞ-a müraciət edərək maliyyə yardımı istəyib.
Daha sonra o, Ukraynada keçiriləcək prezident seçkiləri ilə bağlı öz fikirlərini bölüşüb.
"İndi seçkilər üçün doğru vaxt olduğunu düşünmürəm. Əgər biz hər hansı siyasi müzakirələrə son qoymaq və gələcək üçün birlikdə işləmək istəyiriksə, bunun üçün dövlətdə bütün lazımi strukturlar mövcuddur",-deyə o bildirib.
"AzPolitika.info"


Şərhlər
Yetimə gəl-gəl deyən çox olar,çörək verən indiki dövürdə bəlkədə yox.