Ukrayna və Moldovanın Avropa İttifaqına üzv olması gözlənilir.
APA “The Guardian“ nəşrinə istinadən xəbər verir ki, bu barədə Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku bildirib.
Popesku qeyd edib ki, Aİ-nin Ukrayna və Moldovanın üzv ölkələrə çevrilməsi prosesində ilk addım atacağı və üzvlüklə bağlı rəsmi danışıqların aparılmasını tövsiyə edəcəyi gözlənilir.
Baş nazirin müavini belə bir addımın ölkəsi üçün böyük hadisə olacağını söyləyib:
“Bu, həqiqətən tarixi nailiyyət və Moldovanın Aİ-də yerini möhkəmlətməsinə əmin olmaq üçün tarixi şans olacaq”, - deyə Popesku bildirib.


Şərhlər