Menu

"Netanyahunun hesablamaları yanlış idi" - Keçmiş Baş nazir

09.11.2023, 11:24
"Netanyahunun hesablamaları yanlış idi" - Keçmiş Baş nazir

"Netanyahu emosional olaraq çöküb. Onun Qəzza ilə bağlı hesablamaları yanlış idi. Netanyahunun Baş nazir olduğu hər dəqiqə İsrail üçün təhlükədir. Amerikalıların da onun bu vəziyyətindən xəbərdar olduqlarına əminəm".

"AzPolitika.info" xəbər verir ki, bunları İsrailin keçmiş Baş naziri Ehud Olmert ABŞ-ın "The Politico" nəşrinə müsahibəsində deyib.

Olmert həmçinin iddia edib ki, Qərb müttəfiqlərinin səbri tükənir, çünki Netanyahu və nazirləri Qəzzanın HƏMAS-dan sonrakı administrasiyası üçün real plan irəli sürə bilmirlər. Olmertin sözlərinə görə, Netanyahunun kabinetində aydın düşünən heç kim yoxdur.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol