Menu

Gürcüstan Prezidenti Fransaya gedib - Hökumətdən icazəsiz

09.11.2023, 18:29
Gürcüstan Prezidenti Fransaya gedib - Hökumətdən icazəsiz

Gürcüstan Prezidenti Salome Zurabişvili Fransaya səfərə gedib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin administrasiyası yayıb.

Zurabişvilinin 10-11 noyabr tarixlərində keçiriləcək Paris Sülh Forumunda iştirak edəcəyi qeyd olunub.

“Salome Zurabişvili Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və İsveçrə Prezidenti Alen Berse ilə birlikdə noyabrın 10-da böhranlar və münaqişələrə həsr edilmiş paneldə iştirak edəcək”, - məlumatda bildirilib.

Hökumət administrasiyası Prezident Zurabişvilinin Fransaya səfərinin təsdiqlənməsi üçün hökumətə müraciət etmədiyini bildirib. Sözügedən forumda Gürcüstan Baş naziri İrakli Qaribaşvili də iştirak edəcək.

Şərhlər

B.Qarabağlı 2023-11-10 09:20:06

APAnın müəmmasından heç nə anlamadım? Prezident və Baş nazir Fransa səfəri üçün İvanişvilidən icazə almalıylarmış? Hansısa respublikaya bənzədimi? Bu səfər Tiflisin Qafqazda yeni Regional Sülh reallıqlarna və mümkün vasitəçiliyə hazırlanması ehtimalı-cəhdi deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol