Menu

Qəzza zolağında ölən İsrail hərbçilərinin sayı 36-ya çatıb

10.11.2023, 11:24
Qəzza zolağında ölən İsrail hərbçilərinin sayı 36-ya çatıb

Qəzza zolağında quru əməliyyatında ölən İsrail hərbçilərinin sayı 36-ya çatıb.

APA "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumatda bildirilib ki, dünən (noyabrın 9-da) Qəzza zolağının şimalında HAMAS-a qarşı döyüşlər zamanı daha bir İsrail əsgəri həlak olub.

Baş Çavuş rütbəli 21 yaşlı Gilad Rozenblit 401-ci Zirehli Briqadanın 52-ci Batalyonunun hərbi sanitarı olub. Onun ölümü ilə Qəzza zolağında quru əməliyyatı zamanı həlak olan hərbçilərin sayı 36-ya çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol