Azərbaycanlı Müqabil Babayev Rusiyanın Moskva vilayətindəki Lyubertsı şəhərində küçədə əlindəki qılıncla insanlara xəsarət yetirən, bir neçə nəfəri yaralayan şəxsi zərərsizləşdirib.
“AzPolitika.info” xəbər verir ki, bununla bağlı bir neçə gündür Rusiya mətbuatında məlumatlar və videogörüntülər yayımlanır.
M.Babayev öz avtomobili ilə həmin manyakı vurub, daha sonra isə onu yerə yıxaraq qollarını bağlayıb.
— Newsfeed (@Newsfeed883920) November 8, 2023
Bu gün məlum olub ki, şəhər administrasiyası bu cəsur davranışına görə Babayevi mükafatlandırıb. Belə ki, şəhər meri Vladimir Volkov şəxsən uzun illərdir ev növbəsində duran azərbaycanlıya yeni mənzilin sənədlərini təqdim edib.
“AzPolitika.info”
— Newsfeed (@Newsfeed883920) November 10, 2023


Şərhlər