Menu

"İsrail dərhal bu cür döyüş üsul və vasitələrindən istifadəni dayandırmalıdır" - BMT komissarı

10.11.2023, 14:19
"İsrail dərhal bu cür döyüş üsul və vasitələrindən istifadəni dayandırmalıdır" - BMT komissarı

HAMAS-ın İsrailə qarşı hücumları hər birimizi qəzəbləndirməlidir. Ancaq buna görə heç bir məsuliyyət daşımayan insanlara qarşı qəzəb göstərərək təhlükəsizlik təmin edilə bilməz"

Bunu BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk İsrail və İşğal Olunmuş Fələstin Əraziləri barədə yaydığı bəyanatda bildirib. 

"Girovlar öz evlərinə qaytarılmalı və İsrailə qarşı ayrıseçkilik edilmədən atılan raket hücumlarına son qoyulmalıdır. Ancaq aydındır ki, BMT-nin Fələstinli Qaçqınlara yardım və onlarla iş üzrə Agentliyin öldürülmüş 99 əməkdaşı da daxil olmaqla, törədilmiş cinayətlərə görə heç bir məsuliyyət daşımayan insanlara qarşı qəzəb tətbiq etməklə, onlara əzab yaşatmaqla sülh və təhlükəsizliyin davamlı olması təmin edilə bilməz. Bu, görünməmiş səviyyədədir və ürək parçalayan bir vəziyyətdir", - BMT komissarı deyib. 

Volker Türk bəynatında bildirib ki, İsrailin Qəzzanı bombalaması, əhalinin sıx məskunlaşdığı ərazilərdə yüksək təsirli partlayıcı silahlardan istifadə etməsi, on minlərlə binanın yerlə-yeksan edilməsi humanitar və insan hüquqlarının pozulmasıdır.

"İsrail dərhal bu cür döyüş üsul və vasitələrindən istifadəni dayandırmalı, hücumlar araşdırılmalıdır. Biz Cəbəliya, Qəzza şəhəri, Əl Bureyc, Əl Nuseyrat, Əl Meqazi və Xan Yunisdəki yaşayış məntəqələrinə edilən zərbələri izləməyə davam edirik. Mülki əhalinin tələfatının proqnozlaşdırıla bilən yüksək səviyyəsini və mülki obyektlərin dağıdılmasının geniş miqyasını nəzərə alaraq, bunların beynəlxalq humanitar hüququ pozan qeyri-mütənasib hücumlara bərabər olmasından çox ciddi narahatlığımız var", - Volker Türk deyib. 

O bildirib ki, Qəzzaya havadan, qurudan və dənizdən hücumlarla yanaşı, bir aydan çox davam edən tam mühasirə bu regionun sakinləri üçün ağır vəziyyət yaradıb,

"Kollektiv cəzanın bütün növlərinə son qoyulmalıdır", - BMT rəsmisi vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol