Noyabrın 11-də səhər saatlarında Ukrayna paytaxtının sakinləri partlayış səsləri eşidiblər, bundan sonra hava hücumu barədə həyəcan siqnalı verilib.
AzPolitika.info «Ukrainskaya Pravda»ya istinadla xəbər verir ki, bu barədə, Kiyev meri Vitali Kliçko bildirib.
Hərbi qulluqçular və yerli hakimiyyət orqanları paytaxtda raket təhlükəsi olduğunu bildirirlər.
Hazırda Ukraynada (Krım və Luqansk bölgəsi istisna olmaqla) yalnız Kiyev və Odessa vilayətlərində hava hücumu xəbərdarlığı var.
Bu arada paytaxtın meri Vitali Kliçko paytaxtın sol sahilində güclü partlayışların baş verdiyini bildirib. İlkin məlumata görə, ballistik hava hücumundan müdafiə qüvvələri cavab verib.
Rüfət
AzPolitika.info


Şərhlər