Menu

Bakıda sürücü “moyka”nın qarşısında qəfil ölüb - VİDEO

11.11.2023, 11:52
Bakıda sürücü “moyka”nın qarşısında qəfil ölüb - VİDEO

Bakıda avtoyuma məntəqəsinin qarşısında sürücü qəfil vəfat edib.

Hadisə dünən baş verib.

Görüntülərdən məlum olub ki, Şirvan şəhər sakini İmaş Əliyev “Hyundai Accent” markalı avtomobilini yuduzdurduqdan sonra kənara çəkib və maşının arxa qapısını açmaq istəyərkən qəfil yıxılır.

İlkin məlumata görə, sürücü ürək çatışmazlığından həyatını itirib.O elə hadisə yerində də vəfat edib.

Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol