Menu

Tibb bacısını qətlə yetirməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb

11.11.2023, 12:11
Tibb bacısını qətlə yetirməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb

Noyabrın 10-da Astara rayonunun Kakalos kənd sakini, 1946-cı il təvəllüdlü Zeynəb Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən Astara rayon sakinləri 1983-cü il təvəllüdlü Məmmədov Elmir Ətrafil oğlu, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Əkbərov Vüsal Zaid oğlu və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Süleymanov Bəhruz Rəşid oğlu saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Z.Məmmədova tibb bacısı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol