Menu

Kiyevə “İsgəndər” raketi atılıb

11.11.2023, 12:53
Kiyevə “İsgəndər” raketi atılıb

Bu gün Rusiya tərəfindən Ukraynanın paytaxtı Kiyevə “İsgəndər” ballistik raketi atılıb.

APA UNİAN-a istinadən xəbər verir ki, 52 günlük fasilədən sonra bu gün səhər saat 08:00 radələrində yenidən Kiyevə raket hücumları olub.

Məlumata görə, raket şəhərə yaxınlaşarkən hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol