İsrail Qəzzada ölənlərin sayının artması və xəstəxanalar yaxınlığında döyüşlərin intensivləşməsi fonunda əsas müttəfiqi ABŞ da daxil olmaqla, artan beynəlxalq təzyiqlərlə üzləşib.
AzPolitika.info xəbər verir ki, bu barədə «Reuters» agentliyinin dərc etdiyi məqalədə bildirilir.
Son beş həftədə sahil anklavının bombardmanı zamanı həlak olan fələstinlilərin sayı 11 min nəfəri keçib.
Cümə günü Hindistana səfəri zamanı ABŞ dövlət katibi Antoni Blinken Qəzzadakı mülki əhalinin vəziyyəti ilə bağlı verdiyi ən sərt şərhlərdə deyib: «Həddindən artıq çox fələstinli öldürülüb; son həftələr ərzində həddən çox insan əzab çəkib».
Lakin Blinken ABŞ-ın İsrailin Qəzza zolağından artıq “terrorçuluq platforması kimi” istifadə olunmamasını təmin etməkdə İsrailin kampaniyasına dəstəyini bir daha təsdiqləyib.
Fransa prezidenti Emmanuel Makron BBC-yə verdiyi müsahibədə deyib ki, İsrail Qəzzanı bombalamağı və dinc sakinləri öldürməyi dayandırmalıdır. Onun sözlərinə görə, Fransa HƏMAS-ın "terrorçu" hərəkətlərini "açıq şəkildə pisləyir" və İsrailin özünü qorumaq hüququnu tanıyır. Lakin Lakin Makron bu sözləri də əlavə edib. "Biz onları bu bombardmanı dayandırmağa çağırırıq".
Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, dünya liderləri İsraili deyil, HƏMAS-ı qınamalıdırlar. “HƏMAS-ın bu gün Qəzzada törətdiyi bu cinayətlər sabah Parisdə, Nyu-Yorkda və dünyanın istənilən yerində törədiləcək”, — deyə Netanyahu bildirib.
İsrail bidlrib ki, atəşkəs olacağı təqdirdə HƏMAS yenidən birləşmək üçün atəşkəsdən istifadə edəcəklərini bildirib.
Səudiyyə Ərəbistanı şənbə günü fövqəladə birgə İslam-Ərəb sammitinə ev sahibliyi etməli idi. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bildirib ki, “ölkələr səyləri birləşdirməyə və vahid kollektiv mövqedən çıxış etməyə ehtiyac hiss edir”.
İran prezidenti İbrahim Rəisi Ər-Riyaddakı sammitdə iştirak etmək üçün Tehranı tərk etməzdən əvvəl deyib: "Qəzza söz meydanı deyil. Ortada əməl olmalıdır".
"Bu gün İslam ölkələrinin birliyi çox vacibdir", - o əlavə edib.Rüfət
AzPolitika.info


Şərhlər