Menu

Rasmussen Ukraynanı Alyansa qəbul etməyi təklif edir - "Lakin bir şərtlə..."

11.11.2023, 19:42
Rasmussen Ukraynanı Alyansa qəbul etməyi təklif edir - "Lakin bir şərtlə..."

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Ukraynanı Alyansa qəbul etməyi təklif edir, lakin bir şərtlə ki, Vaşinqton müqaviləsinin 5-ci maddəsi Rusiya tərəfindən işğal olunmuş ərazilərə şamil edilməməlidir.

AzPolitika.info bu barədə «The Guardian» nəşrinə istinadla xəbər verir.

2009-2014-cü illərdə NATO-nun baş katibi olmuş Rasmussen təkid edir ki, Ukraynanın qismən üzvlük planı münaqişənin dondurulmasını simvolizə etməyəcək, əksinə, Ukraynanın alyansa qoşulmasına mane ola bilməyəcəyi barədə Rusiyaya xəbərdarlıq əzmini göstərəcək.

Rasmussen bildirib ki, Ukraynanın NATO-ya üzvlük məsələsi növbəti ilə qədər təxirə salına bilməz.

"Növbəti addımı atmağın və Ukraynanı NATO-ya üzv olmağa dəvət etməyin vaxtı çatıb. Bizə Ukraynanı NATO-nun tam mərkəzində yerləşdirən yeni Avropa təhlükəsizlik arxitekturasına ehtiyacımız var", - o deyib.

Ukraynanın NATO-ya üzvlüyünün tərəfdarları Alyansın kollektiv özünümüdafiə haqqında müqaviləsinin 5-ci maddəsinin bütün Ukrayna ərazisinə uzadılmasının NATO üzvü olan ölkələri müharibə vəziyyətində olan ölkəni fəal müdafiə etməyə məcbur edəcəyi faktı ilə məhdudlaşır.

Rüfət

AzPolitika.info

Şərhlər

Kolxozdar 2023-11-12 11:57:21

Bəzi liderlərin *aparıcı qərbin* qısqanc münasibətinə iradları heç də əsaslı görünmür? Qərb Siyasəti özü də qeyri-müəyyən münasibətini heç bir arqumentlə izah edə bilməz? Nədən, SSRİ buraxılandan bu günə qədər Ukrayna Aİna, ya NATOya üzv olmayıb, onlar da Ukrayna kimi mühüm tərəfdaşı cəlb etməyib, hərbi genosid işğalı cinayətkarı Ermənistanı necəsə qəbul ediblər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol