Menu

Gəncədə qəza baş verib, 1 nəfər ölüb, daha 2-si yaralanıb

11.11.2023, 23:23
Gəncədə qəza baş verib, 1 nəfər ölüb, daha 2-si yaralanıb

Gəncədə yük və minik avtomobilləri toqquşub, ölən və xəsarət alanlar var. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

"VAZ" markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib.

Qəza nəticəsində daha 2 nəfər - 2002-ci il təvəllüdlü Hüseynov Zöhrab və 2004-cü il təvəllüdlü Mustafayev Çingiz müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol