Menu

İsmayıllıda daha bir zəlzələ olub

11.11.2023, 23:54
İsmayıllıda daha bir zəlzələ olub

Bu gün yerli vaxtla saat 22:46-da İsmayıllı stansiyasından 4 km şimalda, İsmayıllı rayonunda maqnitudası 2.9, zəlzələ ocağının dərinliyi 7 km olan zəlzələ qeydə alınıb.

Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib

Zəlzələ bəzi insanlar tərəfindən hiss olunmuşdur.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:00-da İsmayıllı stansiyasından 3 km şimalda İsmayıllı rayonunda maqnitudası 3, dərinliyi 7 km olan zəlzələ qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol