Xorvatiyanın müdafiə naziri Mario Banoziç şənbə günü bir nəfərin ölümü, digərinin isə ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyinə görə vəzifəsindən azad edilib.
"AzPolitika.info" bu barədə «Associated Press» agentliyinə istinadla xəbər verir.
Məlumata görə, müdafiə naziri Mario Banoziç pis hava şəraitində yük avtomobilini ötərkən qarşı tərəfdən gələn mikroavtobusa çırpılıb. Mikroavtobusun sürücüsü dünyasını dəyişib, Banoziç isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Baş nazir Andrey Plenkoviç Banosiçi vəzifəsindən hadisə barədə məlumatların dərcindən dərhal sonra vəzifədən azad edib, onun yerinə Zdravko Yakop təyin edilib.
Vukovar şəhəri prokurorunun müavini Bilyana Luburiç bildirib ki, müayinə üçün Banoziçin qan və sidik nümunələri götürülüb.
Sabiq nazir başından və beynindən əzilib, həmçinin bədənindən çoxsaylı xəsarətlər alıb. O, hələ də tibbi nəzarət altındadır, lakin aldığı xəsarətlərin həyatı üçün təhlükə yoxdur.
Onun avtomobildə tək olduğu, ova yollandığı və hadisə zamanı ov paltarında olduğu məlum olub.
Rüfət
AzPolitika.info


Şərhlər
Bizdə belə hallar baş verməz! Çünki...'