Bu dəqiqələrdə Fransanın hərbi texnikası Gürcüstandan keçərək Ermənistana aparılır.
“Report” xəbər verir ki, bununla bağlı fotoları “Caliber” yayıb.
Məlumata görə, bu saatlarda Fransanın Ermənistana göndərdiyi hərbi texnika Gürcüstan ərazisindən Ermənistanla sərhədə doğru hərəkət edir.
Qeyd edilir ki, bu gecə Gürcüstanın Poti limanında Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan, “Acmat” şirkətinin istehsalı olan “Fransa Bastion” markalı çoxməqsədli zirehli maşınlar yüklənib. Həmçinin “Bastion” üçün avadanlıqlar da göndərilib. Avadanlıqları göndərən Fransanın ARQUUS şirkətidir.
Qeyd edək ki, Gürcüstan uzun müddət Fransa silahlarının Ermənistana tranzitindən imtina edib, amma indi, görünür, rəsmi Tbilisi buna icazə verib.


Şərhlər
Poti limanına qarşı sanksiya tətbiq etmək lazımdır ki, ağılları başına gəlsin, yoxsa Gürcüstan ikinci Ermənistana çevriləcək
Bəs Türkiyədən keçən boğazdan necə keçib? Belə çıxır Gürcüstan bizim onlara etdiyimiz sonsuz yaxşılığın qarşılığını verir, bu məlumat doğru olarsa mən bir söz deyə bilərəm bu gürcülərin tarixdə birinci xəyanəti deyil bizə qarşı,elə ruslar nə ediblərsə onlara haqq ediblər,doğrudursa bu çox pis xəbərdir.