Menu

Almaniya Ukraynaya hərbi yardımı ikiqat artırmaq planlarını təsdiqləyib

13.11.2023, 09:41
Almaniya Ukraynaya hərbi yardımı ikiqat artırmaq planlarını təsdiqləyib

Almaniya 2024-cü ildə Ukraynaya hərbi yardımı ikiqat artırmaq niyyətindədir. Bu məqsədlər üçün əvvəllər federal büdcədə nəzərdə tutulan 4 milyard avronun əvəzinə 8 milyard avronun xərclənməsi planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

Onun sözlərinə görə, Almaniya bu işdə 2023-cü ilin təcrübəsini rəhbər tutur və bu, planlaşdırılan məbləğlərin tez tükəndiyini göstərib:

“Bu, Ukraynaya güclü siqnaldır və bizim təslim olmadığımızı göstərir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol