Menu

İspaniyada on minlərlə insan meydana çıxdı - Separatçıların əfvinə qarşı

13.11.2023, 10:48
İspaniyada on minlərlə insan meydana çıxdı - Separatçıların əfvinə qarşı

İspaniyada on minlərlə insan müvəqqəti Baş nazir Pedro Sançesin Kataloniya separatçılarına daha bir müddət hakimiyyətdə qalması üçün dəstək vermək müqabilində amnistiya elan etmək planlarına qarşı etiraz aksiyası keçirib. 

«AzPolitika.info» saytı bu barədə «Reuters» agentliyinə istinadla xəbər verir.

Hökumət cümə axşamı Kataloniyanın separatçı «Xunta» partiyası ilə Kataloniyanın 2017-ci ildə İspaniyadan ayrılma cəhdinə görə məhkum olunanlar üçün mübahisəli amnistiya qanununu ehtiva edən razılaşma əldə edib.

Müqavilə bütün ölkəni şoka salıb. Sançesin mühafizəkar rəqibləri onu öz siyasi mənfəətləri üçün qanunun aliliyini pozmaqda ittiham ediblər.

Rəsmi qurumlar Madriddəki aksiyada 80 min insanın iştirak etdiyini, İspaniyanın müxtəlif şəhərlərində etirazlara çağıran Xalq Partiyası isə ölkə boyu etiraz aksiyası iştirakçılarının ümumi sayının bir milyona yaxın olduğunu bildirib.

Bir çoxlarının əllərində İspaniya və Aİ bayraqları, həmçinin, “Konstitusiyaya hörmət edin” şüarları olan pankartlar olub. 

İyulun 23-də keçirilən nəticəsiz seçkilərdən sonra sosialistlər daha kiçik partiyalarla, o cümlədən ifrat solçu «Sumar» platforması və Kataloniya, Qalisiya və Bask millətçi partiyaları ilə danışıqlar aparıblar.

Əgər bu partiyaların dəstəyini ala bilsə, Sançes 350 parlamentarinin dəstəyini qazanaraq, hökumət formalaşdıra biləcək. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol