Menu

“HƏMAS İsrailin dərinliklərinə doğru gedəcək” - “Vaşinqton Post”

13.11.2023, 11:27
“HƏMAS İsrailin dərinliklərinə doğru gedəcək” - “Vaşinqton Post”

“HƏMAS Yaxın Şərqdə genişmiqyaslı müharibəyə səbəb olmağa çalışır”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin “Vaşinqton Post” nəşri kəşfiyyat məlumatlarına əsasən yazıb.

Bildirilib ki, HƏMAS bunun üçün İsrail ərazisinə növbəti hücumlara hazırlaşır: “HƏMAS-ın bu hücumu İsrailin ciddi cavabı ilə nəticələnəcək. Bu isə regionda ərəb ölkələrinin iştirakı ilə geniş müharibəyə səbəb olacaq”.

Qeyd olunub ki, hücum uğurlu olarsa, HƏMAS İsrailin dərinliklərinə doğru gedəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol