Menu

Güneyli milli fəal ETTELAAT tərəfindən hədələnir

13.11.2023, 15:24
Güneyli milli fəal ETTELAAT tərəfindən hədələnir

Güney Azərbaycanın milli fəallarından Vahid Əbhəri Təbrizdə ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinin ona zəng etdiyini və hədələdiyini deyib.

Vahid Əbhəri bununla bağlı “Instagram” hesabında paylaşım edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, ETTELAAT əməkdaşları onu hədələyərək sözügedən idarəyə getməsini tələb ediblər.

Həmçinin bildirilib ki, bir çox milli fəal telefon zəngləri ilə hədələnib və Təbrizin ETTELAAT İdarəsinə çağırılıb.

Qeyd edək ki, Vahid Əbhəri təhlükəsizlik orqanı tərəfindən bir neçə dəfə həbs edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol