Menu

Azərbaycan millisi FİFA reytinqində 9 pillə geriləyib

27.11.2014, 14:38

milliFİFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, noyabrda baş tutan görüşlər siyahıda böyük dəyişikliklərlə nəticələnib.

 Hesabat dövründə həm seçmə, həm yoldaşlıq oyunu keçirən millilərdən fərqli, cəmi 1 matça çıxan Azərbaycan yığmasının da mövqeyində ciddi dəyişiklik olub. AVRO-2016-nın seçmə mərhələsində öz meydanında Norveçə 0:1 hesabı ilə uduzan komandamız 18 xal itirib. Bu itki 9 pillə geriləməklə nəticələnib.

 Millimiz indi siyahıda 135-cı yerdədi. Tacikistanla şərik olan komandamız Yeni Zelandiya, Aruba, Əfqanıstan və Qvineya-Bissau kimi ölkələrdən də geri qalır. Burundi, Lixtenşteyn də millimizdən öndədir.

 Millimiz və “qonşuları”

130 (155). Lixtenşteyn – 219

131 (132). Aruba - 218

131 (130). Qvineya-Bisau – 218

133 (134). Əfqanıstan – 216

133 (131). Yeni Zelandiya - 216

135 (126). Azərbaycan – 215

135 (134). Tacikistan – 215

137 (148). KXDR – 211

138 (136). Vyetnam – 206

139 (132). Qazaxıstan - 205

140 (137). Myanma – 202

İlk “onluğ”un tərkibində də dəyişikliklər olmayıb. Yalnız Uruqvay iki pillə geriləyib ki, bunun da sayəsində Portuqaliya ilə İspaniya 1 addım irəliləyib.

İlk “onluq”

1 (1). Almaniya – 1725

2 (2). Argentina – 1538

3 (3). Kolumbiya – 1450

4 (4). Belçika – 1417

5 (5). Hollandiya - 1374

6 (6). Braziliya – 1316

7 (7). Fransa – 1160

7 (9). Portuqaliya - 1160

9 (10). İspaniya - 1142

10 (8). Uruqvay – 1135

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən ikisi irəli, üçü geri gedib. Yığmamıza qalib gələn İtaliya ilə Xorvatiya ilk 10 komandaya bir az da yaxınlaşıb. Noyabrda qarşılaşacağımız Norveç də irəliləyib.

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

11 (11). İtaliya – 1103

19 (14). Xorvatiya – 946

66 (59). Bolqarıstan - 506

67 (68). Norveç - 500

135 (126). AZƏRBAYCAN – 215

148 (157). Malta – 166

Qeyd edək ki, qonşu Türkiyə yığması isə 604 xalla 48-cidir. “Ay-ulduzlular” 2 pillə geriləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol